RU

ADY sədri özbəkistanlı həmkarı ilə Orta Dəhlizin inkişafı üzrə birgə fəaliyyət istiqamətlərini müzakirə etdi

Bakı. Trend:

19-20 sentyabr 2024-cü il tarixində Bakıda keçirilən “AvrasiyaNəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qurulmasına dairdəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısıçərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri RövşənRüstəmov “Özbəkistan Dəmir Yolları” SC-nin İdarə Heyətinin sədriZufar Narzullayevlə görüşüb.

Trend bubarədə cəmiyyətə istinadən məlumat verir.

Görüşdə Azərbaycan və Özbəkistan arasında nəqliyyat sahəsindəəməkdaşlığın əsas istiqamətləri, hər iki tərəfi maraqlandıran digərmühüm məsələlər müzakirə edilib. Həmçinin bu ilin iyun ayında ikiölkənin dəmiryol administrasiyaları arasında imzalanmış AnlaşmaMemorandumu çərçivəsində müştərək səylərin gücləndirilməsininvacibliyi vurğulanıb.

Bununla yanaşı, görüşdə iki ölkə arasında Orta Dəhlizin inkişafıüzrə birgə fəaliyyətin şaxələndirilməsi barədə ətraflı fikirmübadiləsi aparılıb. Özbəkistan–Qırğızıstan–Çin yeni dəmir yolulayihəsinin icrası ilə Özbəkistan tərəfinin Avrasiya NəqliyyatMarşrutunun inkişafına mühüm töhfə verəcəyi qeyd olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
6
az.trend.az

4Источники