RU

"Arsenal"ın keçmiş futbolçusu saxlanıldı - 60 kq kokain...

London "Arsenal"ının keçmiş futbolçusu Cey Emmanuel-Tomas 600 min funt-sterlinq dəyərində kokain (60 kq) qaçaqmalçılığında şübhəli bilinərək həbs olunub.

Qaynarinfo bu barədə "Daily Mail"ə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, yarımmüdafiəçi sentyabrın 18-i səhər saatlarında həbs edilib. Saxlanma onunla əlaqədar olub ki, sentyabrın 2-də Britaniya sərhədçiləri Banqkokdan London hava limanlarından birinə gələn bir neçə çamadanda marixuana aşkar ediblər. Bu iş üzrə iki qadın da ittiham edilmişdi, lakin sonra zaminə buraxılmışdı.

33 yaşlı futbolçu sentyabrın 19-da məhkəmə qarşısına çıxacaq.

Qeyd edək ki, 33 yaşlı futbolçu "Arsenal"ın yetirməsidir. O, əsas komandada 5 oyun keçirib. Emmanuel-Tomas "Bristol Siti”, "İpsviç”, "Aberdin” və digər klublarda da çıxış edib, hazırda Şotlandiya İkinci Liqasında "Morton"un oyunçusudur.

Aydın

Избранный
20
4
qaynarinfo.az

6Источники