RU

Dahi şəxsiyyətlərin soyad sonluğu necə yazılmalıdır? - Professor aydınlıq gətirdi

Bildiyimiz kimi, dünən dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü idi. Buna görə onun soyadı ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Bəziləri iddia edir ki, soyad Hacıbəyli kimi yazılmalıdır, bəziləri isə Hacıbəyov. Bəs bu məsələ necə həll olunmalıdır? Nə əsas götürülməlidir?  

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli bildirib ki, görkəmli şəxsiyyətlərin adlarının yazılışı ilə bağlı bizdə müəyyən problemlər var:

 

“Bu, tarixi, mədəni proseslərlə bağlı olan məsələdir. Məhəmməd Əmin Rəsulzadənin də adının 5 cür yazılışı var. Bu siyahıya Əlimərdan bəy Tobçubaşov və Nəsib bəy Yusifbəylini də misal çəkə bilərik”.

 

Q.Məhərrəmlinin sözlərinə görə, ilk növbədə, qaydalar əsas götürülməlidir:

 

“Bildiyimiz kimi, “ov,ev” sonluqları sovetdən qaynaqlanır. Nazirlər Kabinetinin qərarına görə, Üzeyir Hacıbəyli yazılır. Bu məsələ ətrafında çox diskussiya açmağın mənası yoxdur. Akademik nəşrlərdə bu dəqiq yazılmalıdır, mətbuatda müxtəlif variantlar ola bilər”.

 

Firuzə Əliyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
1
sfera.az

2Источники