RU

İran iqtisadiyyatı iki dəfə kiçildi

İran iqtisadiyyatında artım əvvəlki illə müqayisədə təxminən iki dəfə azalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “radiofərda” İran Mərkəzi Bankının son hesabatına istinadən məlumat yayıb.

Hesabata əsasən, bu ilin yazında ölkə iqtisadiyyatının inkişafı 3,2% təşkil edib. 2023-cü ilin müvafiq dövründə isə bu rəqəm 5,7%-ə bərabər olub.

Bildirilib ki, bu, ölkənin iqtisadi artımının əhəmiyyətli dərəcədə azalması, neft məhsullarının əlavə dəyərinin iki dəfə ucuzlaşması ilə bağlıdır. Qeyd olunub ki, ötən ilin yazında bu sahə üzrə artım 16,5%, bu ilin hesabat dövründə isə 9,5% təşkil edib.

Beynəlxalq Valyuta Fondunun (BVF) dəyərləndirməsinə əsasən, ötən il İranda iqtisadi artım 4,7% olub. Cari il bu rəqəm 3,3%-ə enib. Gələn il isə bu rəqəmin 3,1%-ə qədər azalacağı proqnozlaşdırılır.

BMT-nin statistikasına görə, ötən il İran hakimiyyəti iqtisadiyyata 1,5 milyard dollar birbaşa xarici sərmayə cəlb edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
5
iqtisadiyyat.az

10Источники