Avropa Parlamenti (AP) Ukrayna Silahlı Qüvvələrinə Rusiya ərazisinə zərbələr endirməsinə icazə verilməsini tələb edən qətnamə qəbul edib.
"Kanal14.az" xəbər verir ki, bu barədə Avropa Parlamentinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, qətnamə ilə bağlı qərar cümə axşamı Strasburqda keçirilən plenar iclasda səs çoxluğu ilə qəbul edilib. Qətnaməni 425 avropalı deputat dəstəkləyib, 131 deputat əleyhinə səs verib, daha 63 deputat isə bitərəf qalıb.
"Avropa Parlamenti üzv dövlətləri Rusiya ərazisindəki qanuni hərbi hədəflərə qarşı Ukraynaya tədarük edilən Qərb silah sistemlərinin istifadəsinə qoyulan məhdudiyyətləri dərhal aradan qaldırmağa çağırır”, - bəyanatda deyilir.
Deputatlar vurğulayırlar ki, mövcud məhdudiyyət "Ukraynanın özünümüdafiə hüququnu tam həyata keçirməsinə mane olur” və ölkəni həssas edir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта