RU

"Terrorla mübarizə Ankaranın qırmızı xəttidir” - Türkiyənin daxili işlər naziri

"Terrorla amansız mübarizə bizim qırmızı xəttimizdir”.

Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya Diyarbəkirdə çıxış edərkən deyib.

“Bütün dünya görür ki, separatçı terror təşkilatı son mübarizələrini yaşayır”, - deyə nazir vurğulayıb.

Yerlikaya qeyd edib ki, təkcə sərhədlər daxilində yox, İraq və Suriyada da terrorçuların başını əzirlər.

Qeyd edək ki, Türkiyə ordusu hazırda Suriya və İraqın şimalında terrorçulara qarşı əməliyyatlarını fasiləsiz olaraq davam etdirir.

Daşqın HəsənovMissiya.Az

Избранный
15
missiya.az

1Источники