ABŞ Hərbi Dəniz Qüvvələri 2027-ci ilə qədər Çinə qarşı hərbi əməliyyatlar keçirmə ehtimalına hazırlaşır.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi admiral Liza Françettinin Naviqasiya Planında deyilir.
Sənəddə qeyd olunur ki, bu Naviqasiya Planının iki strateji məqsədi var: 2027-ci ilə qədər Çin Xalq Respublikası ilə müharibəyə hazır olmaq və ABŞ Hərbi Dəniz Qüvvələrinin uzunmüddətli üstünlüyünü təmin etmək.
Xüsusilə, ABŞ Hərbi Dəniz Qüvvələri gəmilərin, sualtı qayıqların və təyyarələrin təmirindəki gecikmələri aradan qaldırmağı, donanmanı dron və pilotsuz gəmilərlə tez bir zamanda təchiz etməyi, həmçinin kadrların cəlb edilməsinə və onların işlə təmin olunmasına diqqət yetirməyi planlaşdırır.
Associated Press-ə müsahibəsində Franchetti Çinin 2027-ci ildə Tayvana hücum etməyə hazırlaşdığını deyib.