RU

FHN-in idmançıları Azərbaycan çempionatında yüksək nəticələr əldə etdi

Sərhədçi İdman Olimpiya Mərkəzində Gənclər və İdman Nazirliyi, Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə kikboksinq üzrə böyüklər və kadetlər arasında 28-ci Azərbaycan çempionatı və birinciliyi keçirilib.

Publika.az FHN-ə istinadən xəbər verir ki, çempionatda respublikanın müxtəlif klub, təşkilat və idman cəmiyyətlərindən 57 komanda olmaqla 470-ə yaxın idmançı mübarizə apararaq öz qüvvəsini sınayıb.

Yarışda iştirak edən FHN-in kikboksinq üzrə komandasının üzvləri İdman-sağlamlıq klubunun əməkdaşı kapitan Qadir Cəfərov və məşqçi müəllim Elşən İsayevin rəhbərliyi altında yüksək nəticələr əldə ediblər. Belə ki, kişilər arasında 81 kq çəki dərəcəsində Ayxan Həsənov 4 döyüş keçirərək bütün rəqiblərinə qalib gələrək qızıl medalın sahibi olub. Komandann digər üzvü +91 kq çəki dərəcəsində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı daxili xidmət leytenantı İlqar Zeynallı çempionatın gümüş medalına yiyələnib.

Qadınlar arasında isə FHN-in Xüsusi Riskli Xİlasetmə Xidmətinin giziri Fərqanə Saxrayeva yarışda qalib gərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Избранный
16
4
publika.az

5Источники