RU

Qızılcaya qarşı görülən işlər yüksək dəyərləndirilib

Yazını böyüt
Yazını kiçilt

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisinin qızılca və məxmərək xəstəliklərinin eliminasiyası üzrə ekspert qrupu Azərbaycana missiya səfəri edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, missiyanın əsas məqsədi ötən il ölkəmizdə qızılca hadisələri ilə bağlı xəstəliyin alovlanmasının qarşısının alınması sahəsində görülən işlərin qiymətləndirilməsidir. Səfər çərçivəsində beynəlxalq ekspertlər tərəfindən epidemioloji nəzarətə dair monitorinq və xarici qiymətləndirmə işləri həyata keçirilib.

Missiyanın yekununda qızılca alovlanmasına qarşı ölkədə aparılan cavab tədbirləri, laborator imkanların qiymətləndirilməsi, Azərbaycanda qızılca və məxmərək xəstəliklərinin eliminasiya statusunun qorunub saxlanmasına dair fəaliyyətlərin planlaşdırılması məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) struktur rəhbərlərinin və beynəlxalq ekspertlərin iştirakı ilə görüş təşkil olunub.

Görüşdə çıxış edən missiya nümayəndələri qızılca və məxmərək xəstəliklərinin eliminasiyasının ÜST-nin Avropa Regional Bürosunun qarşısında duran prioritet məsələlərdən biri olduğunu vurğulayıblar.

Tədbirdə çıxış edən Səhiyyə Nazirliyinin İctimai səhiyyə və xəstəliklərə nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova qeyd edib ki, ÜST tərəfindən 2015-ci ildən etibarən Azərbaycanda rəsmi olaraq qızılca və məxmərək xəstəliklərinin eliminasiyası (ölkə ərazisində endemik halların qeydə alınmaması) elan edilib. Bildirilib ki, həmsərhəd ölkələrdən 2023-cü ilin aprel ayından başlayaraq gətirilmə qızılca hadisələri ilə əlaqəli olaraq, əhali arasında xəstəliyin ocaqlı yayılma halları qeydə alınıb. Səhiyyə Nazirliyinin şöbə müdiri hazırda ölkəmizdə qızılca və məxmərək xəstəlikləri üzrə epidemioloji vəziyyətin tam nəzarət altında olduğunu diqqətə çatdırıb. Belə ki, Səhiyyə Nazirliyi tərəfindən UNICEF xətti ilə ölkəyə ÜST-nin prekvalifikasiyasından keçən vaksin preparatları gətirilib və əhali arasında vaksinasiya kampaniyası aparılır. Həyata keçirilən əks-epidemik və profilaktik tədbirlər nəticəsində qızılca hadisələrinin sayı minimuma çatıb və hazırda epidemioloji sabitlik əldə edilib.

Sonda missiya nümayəndələri Azərbaycanda qızılca alovlanmasına dair görülən işləri yüksək dəyərləndiriblər.

Избранный
33
10
hafta.az

10Источники