RU

Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

İtaliyada rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Venesiya meydanında ucaldılmış naməlum əsgərin abidəsini ziyarət edib, önünə əklil qoyub, xatirəsini yad edib.

Müdafiə Nazirliyindən “Poliqon”a bildirilib ki, sonra Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliya Silahlı Qüvvələrinin hazırda fəaliyyətdə olan Baş Qərargah rəisi admiral Cuzeppe Kavo Draqone ilə görüşüb.

Baş Qərargahda keçirilən rəsmi qarşılanma mərasimində fəxri qarovulun önündən keçiddən sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanovun da iştirak etdiyi görüşdə İtaliya Müdafiə Nazirliyi və Silahlı Qüvvələrinin strukturu, fəaliyyət istiqamətləri ilə bağlı brifinq təqdim olunub.

Təkbətək və geniş tərkibli görüşlərdə, həmçinin Azərbaycan ilə İtaliya arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri və regional təhlükəsizlik məsələləri müzakirə edilib.

General-polkovnik K.Vəliyev admiral C.K.Draqoneni NATO-nun Hərbi Komitəsinin rəhbəri təyin olunması ilə əlaqədar təbrik edib, ona yeni vəzifəsində uğurlar arzulayıb.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

e9e26fdc1beda3f1410ea5ab038252e5

04b7002b78c2b2becaf65472c59c10d7

7f3536c141424618024f15fafc45c29c

04d7d41bd0ba17b81c16869a6c75315b

224cd7b908f2a5983e6dae00b38bcd2b

ccd930d2557b7308c1e3e8449f8aabd3

Избранный
21
39
poliqon.az

10Источники