RU

Taxtdan imtina edən kraliça xəstəxanaya yerləşdirildi

Oğlunun xeyrinə taxtdan imtina edən Danimarka kraliçası II Marqret Fredensborqdakı iqamətgahında yıxılaraq milli xəstəxanaya yerləşdirilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Ritzau” qəzeti yazıb.

"Kraliça yaxşı vəziyyətdədir, lakin hazırda həkim nəzarətindədir", deyə sarayın sözçüsü bildirib.

Nəşr qeyd edib ki, kral ailəsi daha sonra yeni məlumatlar əldə edildikdə kraliçanın vəziyyəti barədə məlumatı yeniləyəcək.

Qeyd edək ki, II Marqret 52 il taxt-taca rəhbərlik edib və yanvar ayında yerini oğlu X Frederikə verib. Bu müddət krallığın bütün tarixində onun sələfləri arasında ən uzun müddətdir.

Aydın
Избранный
4
1
qaynarinfo.az

2Источники