RU

Livanda partlayışlarda ölənlərin sayı 25-ə çatdı

Sentyabrın 18-də Livanda elektron cihazların partlaması nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı Livanın səhiyyə naziri Firas Abyada istinadən məlumat yayıb.

Bundan əvvəl ölkə hakimiyyəti ötən gün baş verən partlayışlarda 20 nəfərin öldüyü barədə məlumat vermişdi.

Səhiyyə naziri əlavə edib ki, partlayışların ikinci dalğası zamanı xəsarət alanların sayı 708-ə çatıb.

Sentyabrın 17 və 18-də Livanda rabitə qurğularının partlaması nəticəsində 37 nəfər ölüb, 287 nəfərin vəziyyəti isə ağırdır.

Livanın Mülki Aviasiyasının baş direktoru elektron cihazların partladılmasından sonra sərnişinlərin təyyarələrə peycer və radio aparatları gətirməsini qadağan edən yeni göstəriş verib.

Livan partlayışlara görə İsrailin məsuliyyət daşıdığını bildirib.

Избранный
18
33
konkret.az

10Источники