RU

“Zenit” liderliyini, “Krasnodar” qələbə seriyasını davam etdirdi - REPORTAJ

Turun ilk maraqlı oyunu Orenburqda keçirildi.

Ötən tur evdə “Krasnodar”la oyunda rüsvay olan “Lokomotiv” yenə xal itirməyə yaxın idi. Amma “dəmiryolçular” son anda özünə lazım olan qolları vura bildi. Rusiya futbolunun yeni vunderkindi Aleksey Batrakov öz performansı ilə ağızları açıq buraxmaqda davam edir. Premyer-liqada keçirdiyi ilk 13 qarşılaşmada o artıq 11 qolun vurulmasında yaxından iştirak edib (6+5)! Bu, turnirin açıq-ara fərqlə ən yaxşı göstərcisidi. Bundan başqa, Batrakov 19 yaş 97 günlüyündə “Loko”nun heyətində XXI əsrdə premyer-liqada dubl edən ən gənc futbolçu oldu. Vorobyovun penaltisini qaytaran “Orenburq”un qapıçısı Moskviçyov da xarüqələr yaradır. O, premyer-liqada keçirdiyi ilk 4 oyunda artıq 3 (!!!) penalti dəf edib. Penalti dəf etmək faizinə (75) görə onun tayı-bərabəri yoxdu. “Krasnodar” “Rostov”u evə əliboş yola salmaqla uğurlu seriyasını davam etdirdi. Murad Musayevin komandası çempionatda ardıcıl 5-ci qələbəsini qazanmaqla şəxsi rekordunu təkrarladı. “Öküzlər”in daha öncə belə seriyası yalnız bir dəfə - 2016-cı ildə olub. Turun mərkəzi oyunu “VEB-Arena”da keçirildi. ÇSKA ilə lider “Zenit”in duelinin taleyini bir qol həll etdi. Ötən tur debüt oyununda dubl edən argentinalı Qondu ikinci oyunda da fərqlənməklə qəhrəmana çevrildi. O, premyer-liqada 3 qoldan ikisini başla vurub. “Zenit”in ilk 8 turdan sonra cəmi 1 qol buraxması diqqət çəkir. Sankt-Peterburq nəhəngi müstəqil Rusiya çempionatı tarixində 8 turdan sonra 1-dən artıq top buraxmayan 4-cü kollektivdi.

Moskva “Dinamo”su tura sonuncu pillədə daxil olan “Axmat”la oyunun gedişində 2 topluq üstünlüyü əldən versə də, son anlarda rəqibin müqavimətini qırmağı bacardı. “Axmat” hələ də mövsümün yeganə qələbəsiz komandasıdı. “Spartak” isə Mahaçqalada böyük üstünlüyə baxmayaraq, 1 xalla kifayətlənməli oldu. Özü də Moskva nəhəngi cari mövsümdə bu rəqibi artıq 2-ci rəsmi oyunda da yenə bilmədi. Debütant“Dinamo” avqustun 27-də ölkə kuboku çərçivəsində “Spartak”ı Moskvada minimal hesabla yenməyi bacarmışdı. Göründüyü kimi Deyan Stankoviçin kollektivi qisas ala bilmədi.

8-ci tur
ÇSKA – Zenit 0:1

Qondu, 43.
ÇSKA: Akinfeyev, Qayiç (Kellven, 64), Diveyev, Roşa, Moyzes, Kruqovoy, Zdelar, Oblyakov, Fayzullayev (Quarirapa, 71), Jemaletdinov (Koyta, 64), Musayev.
Zenit: Latışonok, Karavayev, Nino, Yerakoviç, Santos, Barrios (Alip, 46), Vendel (Axmetov, 90+2), Klaudinyo, Qondu, (Mantuan, 72), Kassyerra (Vasilyev, 90+2), Sobolev (Yeroxin, 60).

Krasnodar – Rostov 2:0
Spertsyan, 16; 77.
Krasnodar: Aqkatsev, Petrov, Tormena, Kosta, Qonsales, Çernikov (Pina, 71), Spertsyan, Krivtsov (Kozlov, 79), Batçi (Kobnan, 79), Sa (Olusequn, 86), Smolov.

Orenburq – Lokomotiv 2:4
Saharxizan, 36; 61 – Batrakov, 16; 39. Nyamsi, 85. Sarveli, 90+6.
Lokomotiv: Lantratov, Nenaxov (Pinyaev, 68), Nyamsi, Poqostnov, Silyanov, Barinov, Karpukas (Sarveli, 68), Samoşnikov, Tiknizyan (Rakov, 46), Batrakov, Vorobyov (Süleymanov, 68).

Dinamo Mh – Spartak 1:1
Litvinov, 36-öz qapısına. – Uqalde, 20.
Spartak: Maksimenko, Xluseviç (Abena, 46), Litvinov, Babiç, Ryabçuk, Umyarov, Barko, Bonqonda (Manqaş, 87), Medina (Martins, 46), Markinyos (Zinkovski, 68), Uqalde (Nikolson, 78).

Dinamo M – Axmat 4:2
Karraskal, 43-p. Tyukavin, 48. Makarov, 90+3. Qaqnidze, 90+9 – Luna Diale, 54. Sadulayev, 63.
Dinamo: Lunyov, Dasa, Maystoroviç, Fernandes, Skopintsev (Mauhub, 67), Fomin, Karraskal (Kutitski, 90+5), Qladışev (Makarov, 83), Bitello (Qaqnidze, 90+5), Qomes (Mariçal, 67), Tyukavin.

Akron – Ximki 3:0
Bakayev, 38. Lonçar, 44. Xubulov, 90+1.

Rubin – Krılya Sovetov 0:2
Qarre, 37-p. Oleynikov, 42.

Fakel – Nijni Novqorod 0:0

1. Zenit 8 6 2 0 19-1 20
2. Krasnodar 8 5 3 0 11-3 18
3. Lokomotiv 8 6 0 2 19-12 18
4. Dinamo M 8 5 1 2 15-8 16
5. Spartak 8 4 3 1 11-4 15
6. ÇSKA 8 4 1 3 15-5 13
7. Rostov 8 3 2 3 13-15 11
8. Rubin 8 3 1 4 11-13 10
9. Krılya Sovetov 8 3 0 5 8-13 9
10. Dinamo Mh 8 2 3 3 4-7 9
11. Akron 8 2 2 4 10-13 8
12. Nijni Novqorod 8 2 1 5 6-15 7
13. Orenburq 8 1 3 3 11-17 6
14. Ximki 8 1 3 4 9-16 6
15. Fakel 8 1 2 5 3-14 5
16. Axmat 8 0 5 3 6-14 5


Bombardirlər: Qluşenkov (Zenit) – 7, Daku (Rubin), Batrakov (Lokomotiv), Uqalde (Spartak) – 5.
Növbəti turun oyunları sentyabrın 21-23-ü aralığında keçiriləcək: Axmat – Krıya Sovetov, Akron – Krasnodar, Ximki – Orenburq, Nijni Novqorod – Lokomotiv, Rostov – Dinamo Mh, Rubin – ÇSKA, Spartak – Dinamo M, Zenit – Fakel.

Oyundan sonra
Marko Nikoliç, ÇSKA-nın baş məşqçisi:
“İlk növbədə fanatlarımıza təşəkkür edirəm. Stadionda əla atmosfer yaratmışdılar. Emosional oyun oldu. Komandam qələbəyə nə qədər can atdığını göstərdi. Mən nadir hallarda komandamın oyunundan razı qalıram. Amma bu gün uduzmağımıza baxmayaraq, çox razı qaldım. Paltardəyişmə otağında da bunu oyunçularıma söylədim. Nəticədən başqa bu gün bizdə hər şey alındı. Belə oynamaqda davam etsək, nəticə də düzələcək. Hakimlik haqda danışmaq istəmirəm. Heyətdən razıyammı? Mənim üçün çalışdırdığım komanda həmişə dünyanın ən yaxşısıdı”.

Sergey Semak, “Zenit”in baş məşqçisi:
“ÇSKA-ya qarşı oyunlarımız həmişə gərgin keçir. Qol epizodları çox yaranmır. Budəfəki qarşılaşma da istisna olmadı. Qələbə məni sevindirdi. Çünki onları çoxdan idi məğlub edə bilmirdik. İlk yarıda ÇSKA oyun baxımından az da olsa, bizi üstələdi. İkinci hissədə əks-hücumlar üçün fürsətlər axtarırdıq. 3 xal bizim olsa da, mükəmməl oynadığımızı deyə bilmərəm. “Zenit” bundan da yaxşı oynamağa qadirdi. Bəzi anlarda ağır təsir bağışlayırdıq. Sobolevin debütünə qiymət vermək çətindi. Fiziki cəhətdən hazır deyil. Çünki uzun müddət idi oynamırdı. Həm uyğunlaşmalı, həm də formaya düşməlidi”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
football-plus.az

1Источники