RU

“Arsenal”ın keçmiş futbolçusu saxlanıldı

"Arsenal"ın keçmiş yarımmüdafiəçisi Cey Emmanuel-Tomas həbs edilib.

Publika.az xəbər verir ki, o, narkotik qaçaqmalçılığında ittiham olunub. Bu barədə "Sky Sport" məlunat yayıb.

Emmanuel-Tomas çərşənbə günü Şotlandiya polisinin keçirdiyi əməliyyat nəticəsində İnverkliddə saxlanılıb. O, bu gün məhkəmə qarşısına çıxacaq.

Londondakı Stansted hava limanında, Banqkokdan gələn iki çamadanda təxminən 600 min funt sterlinq dəyərində 60 kq narkoltik tapılmışdı. Çantanın sahibləri olan qadınlar saxlanılsalar da, sonra zaminə buraxılmışdılar. Ceyin bu işlə əlaqədar həbs olunduğu güman edilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
2
publika.az

6Источники