RU

Hindistan dünyanın üçüncü ən böyük iqtisadiyyatı olacaq - PROQNOZ

Hindistan iqtisadi artımın sürətlənməsi və iqtisadi islahatların həyata keçirilməsi nəticəsində 2030-2031-ci maliyyə ilinə qədər dünyanın üçüncü ən böyük iqtisadiyyatına çevriləcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Amerikanın "S&P Global" analitik şirkəti məlumat yayıb.

"Bu, biznes əməliyyatlarının və logistikanın təkmilləşdirilməsi, özəl sektorun investisiyalarının stimullaşdırılması və dövlət kapitalından asılılığın azaldılması üçün mühüm əhəmiyyət kəsb edən islahatlar fonunda baş verəcək.

Hindistanın dünyanın ən böyük üç iqtisadiyyatından birinə çevrilməsi üçün ilkin şərtlər ölkənin güclü inkişaf perspektivləri və daha yaxşı tənzimləmə ilə idarə olunan dinamik və rəqabətli fond bazarlarıdır", - məlumatda deyilir.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
1
iqtisadiyyat.az

2Источники