RU

“Azərbaycan Sənaye Sığorta” ASC-yə yeni sədr - TƏYİN EDİLDİ

“Azərbaycan Sənaye Sığorta” ASC-nin İdarə Heyətinin tərkibində dəyişiklik baş verib.

FED.az xəbər verir ki, qərara əsasən, Mirzəyev İlkin “AzərbaycanSənaye Sığorta” ASC-nin İdarə Heyətinin Sədri vəzifəsinə təyin olunub.

İ.Mirzəyev sığorta sektorunda geniş təcrübəyə malikdir. Sığorta şirkətlərinin İdarə Heyətində təmsil olunmaqla yanaşı son 5 ildə İcbari Sığorta Bürosu HŞİ maliyyə şöbəsinin rəisi vəzifəsini icra etmişdir.

İxtisasca iqtisadçı olan İ.Mirzəyev Azərbaycan Dövlət iqtisad Universitetinin və Türk Sığorta İnstitutu Vakfının (TSEV) məzunudur.

Избранный
6
3
fed.az

1Источники