RU

Plastik doğrayıcılar zərərlidir-ARAŞDIRMA

Mətbəxdə yemək bişirərkən hər kəs adətən doğrama taxtasından istifadə edir. Ancaq mütəxəssislərin fikrincə, plastik doğrama lövhələri sağlamlığa təhlükə yarada bilər.Elchi.az həmin riskləri təqdim edir:Doğrama taxtası sağlamlıq üçün risklidirÜmumiyyətlə, hər kəsin mətbəxində rast gəlinən plastik kəsici lövhələr sağlamlıq üçün son dərəcə risklidir. Mütəxəssislər plastik olanlar yerinə taxta kəsici lövhələrdən istifadə etməyi məsləhət görürlər.Taxta kəsici lövhələrdəki bakteriyaların 3 dəqiqə ərzində 99,9%-nin yox edildiyi, plastik kəsici lövhələrdəki bakteriyaların isə təmizlənməyə baxmayaraq yox edilmədiyi müşahidə edilib.Viskonsin Universiteti tərəfindən aparılan bir araşdırma, bakteriyaların taxta kəsmə lövhələrində bir gecədə qaldığı zaman sağ qalmadığını, plastik kəsmə lövhələrindəki bakteriyaların sağ qaldığını aşkar etdi.Doğrama taxtası necə təmizlənməlidir?İstifadə edərkən lövhəni həmişə təmiz saxlamağa diqqət etmək lazımdır. Ət, tərəvəz və meyvələr üçün ayrıca lövhələrdən istifadə etmək gigiyena baxımından yaxşıdır. Lövhəni isti su və sabunla yumaq lazımdır. Fırça və ya süngər istifadə edərək səthdən qida qalıqları yaxşıca təmizlənməlidir.YeganəMənbə: Trthaber.com

Избранный
11
elchi.az

1Источники