1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Xəzər və Mərkəzi Asiya regionunun aparıcı yük aviaşirkəti olan "Silk Way West Airlines" 2024-cü ilin noyabr ayında Bakıda keçiriləcək COP29 tədbirinin Qlobal Hava Yükdaşıma Partnyoru kimi iştirakını fəxrlə elan edir. Bu tərəfdaşlıq aviaşirkətin davamlılığa və ekoloji məsuliyyətə olan sadiqliyini vurğulayır, qlobal iqlim dəyişikliyinə qarşı mübarizə səyləri ilə uyğunlaşır və eyni zamanda Azərbaycanın 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" kimi elan etməsinə müvafiqdir.
"Yaşıl dünya naminə həmrəylik ili" ətraf mühitin qorunmasını dəstəkləyən bir sıra təşəbbüsləri əhatə edir və Azərbaycan xalqının davamlı inkişafa olan sadiqliyini nümayiş etdirir. "Silk Way West Airlines" bu təşəbbüsləri tam dəstəkləyir və ölkənin daha yaşıl gələcəyə dair baxışları ilə tam uyğun olduğunu bir daha təsdiqləyir.
Qlobal Hava Yükdaşıma Partnyoru kimi "Silk Way West Airlines" COP29 üçün zəruri materialların və avadanlıqların effektiv daşınmasını təmin edəcək. Bu vəzifə aviaşirkətin qlobal ekoloji məqsədlərə nail olması üçün verdiyi töhfəni bir daha vurğulayır.
"Silk Way West Airlines" üçün COP29 qlobal lider, innovator və siyasətçilərlə əməkdaşlıq edərək, öz ekoloji təşəbbüslərini irəli sürmək və davamlı logistikanın gələcəyi ilə bağlı əhəmiyyətli müzakirələrdə iştirak etmək üçün unikal bir platformadır. Qlobal ticarətin kəsişməsində fəaliyyət göstərən bir şirkət kimi, "Silk Way West Airlines" öz ekoloji təsirini azaltmaq və yaşıl logistika həllərini inkişaf etdirməkdə önəmli rol oynayır. COP29-a qoşulmaqla aviaşirkət Bakıdakı strateji hab vasitəsilə Şərq və Qərbi birləşdirmək missiyasına əsasən aviasiya və logistika sektorlarında davamlı gələcəyi təşviq etmək vizyonunu davam etdirir.
"Silk Way Group"un prezidenti Zaur Axundov Qlobal Hava Yükdaşıma Partnyoru kimi xidmət göstərməkdən şərəf duyduğunu bildirib:
"Davamlılıq "Silk Way West Airlines" fəaliyyətinin qəlbindədir və bu tərəfdaşlıq hava yükdaşıma sahəsində ətraf mühitə təsiri azaltmaq öhdəliyimizi təsdiq edir. Bu mühüm tədbirdə iştirak etməklə biz qlobal logistika sənayesi üçün daha yaşıl bir gələcəyə töhfə verməyi və Azərbaycanın ətraf mühit məqsədlərini dəstəkləməyi hədəfləyirik".
"Silk Way West Airlines"ın davamlılıq strategiyasının əsas sütunlarından biri onun təyyarə parkının yenilənməsi planıdır və ona əsasən 2030-cu ilədək səkkiz müasir təyyarə istifadəyə veriləcək. Bu təyyarələr arasında dörd "Boeing 777F", iki "Boeing 777-8F" və iki "Airbus A350F" yer alır, hansılar ki, tullantıların əhəmiyyətli dərəcədə azaldılmasına və əməliyyatların effektivliyinin artırılmasına kömək edəcək.
"Silk Way West Airlines" haqqında
Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş "Silk Way West Airlines" Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən 12 müasir "Boeing 777F", "Boeing 747-8F" və "747-400F" yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərcə uçuş həyata keçirir.
Davamlılıq və səmərəlilik öhdəliyinə sadiq qalaraq, "Silk Way West Airlines" 2030-cu ilə qədər donanmasını dörd "Boeing 777F", iki "Boeing 777-8F" və iki "Airbus A350F" daxil olmaqla müasir yük təyyarələri ilə yeniləməyi planlaşdırır və onların vasitəsilə qlobal logistika ehtiyaclarını uğurla qarşılayacaq.
Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500 000 tondan artıqdır, genişlənən marşrut şəbəkəsi isə Amerika, Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya üzrə 40-dan çox istiqaməti əhatə edir.