Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq vətövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarınınsəyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədivətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onlarınrastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiqolunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Sarıcalı kənd İƏDüzrə nümayəndəliyin Sarıcalı kəndində keçirilib.Qəbulda YAP Tərtər rayon Təşkilatının sədri Eldar Əsədov, rayon Ağsaqqallarşurasının sədri Faiq Məmmədov, səhiyyə, təhsil, mədəniyyət, digər xidməttəşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kəndsakinləri iştirak ediblər. Əvvəlcə icra başçısı kənddə şəhidin xatirəsinəucaldılmış bulağın önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib.Rayon rəhbəri respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifahhalının yaxşılaşmasına təsirindən, həmçinin Sarıcalı kəndində görülənişlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosialobyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edənproblemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışıb,bildirib ki, əhali fasiləsiz olaraq işıq, qaz və su ilə təmin olunur.Qeyd olunub ki, Sarıcalı kəndinin 447 hektar ərazisi, 178 təsərrüfatı, 960 nəfərəhalisi var. Ərazidə 1 məktəb, 1 körpələr evi uşaq bağçası, 1 tibb mənqəsi, 1mədəniyyət evi, 1 kitabxana, 5 ticarət obyekti faəliyyət göstərir. Kənd sakinləriəkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 422 baş iribuynuzlu, 864 başxırdabuynuzlu heyvan, 1372 baş quş, 30 arı ailəsi saxlayırlar.Son üç ildə Sarıcalı kəndində 1.8 km məsafədə kənd arası cari təmir olunub,su arxları 8 km məsafədə lildən təmizlənib, kənd ərazisində 300 ədəd müxtəlifnöv ağac əkilib, 1150 m su arxı bərpa edilib, yol kənarları alaq otlarındantəmizlənərək səliqə-səhmana salınıb.Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmışRəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətinəlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasındanistifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbətaçıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotok və psixotropmaddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclümaarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.Sonra söz sakinlərə verilib. Kənd sakini Cankişi Babayev kəndə yeni şəkiləninternet xətlərində işlərin tezləşdirilməsi barədə müraciət edib.Qaldırılan məsələ ilə əlaqədar rayon rəhbəri tərəfindən əlaqədar şəxslərəaidiyyəti tapşırıq verilib.Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqlayanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görəAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта