RU

Azərbaycan komandası "Teknofest"də yarışın qalibi oldu

Bu gün, 17:46



Türkiyənin Antalya şəhərində keçirilən “Teknofest” aerokosmik və texnologiya festivalında Azərbaycan komandası yarışın qalibi olub.AvroMedia.az xəbər verir ki ,  Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yarışda iştirak edən Azərbaycanın “Versetech” komandası “Teknofest 2024″ün final turunda “Psixologiyada texnoloji tətbiqlər” kateqoriyası üzrə 32 komandaya qarşı yarışıb. Yekun nəticələrə əsasən 76.88 xal toplayan Azərbaycan komandası birinci yerə layiq görülüb.Xatırladaq ki, Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “Teknofest” yarışında bu il 788 161 komandanın 1 630 000 iştirakçısı ilə rekord say qeydə alınıb.скачать dle 12.1

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
avromedia.az

1Источники