Azərbaycanın qızlardan ibarət U-15 milli komandası UEFA İnkişaf Turnirində mübarizə başlayıb. Komanda birinci matçda Belarusa böyük hesabla – 1:8 uduzub.
“Sabah” futbol klubunun 17 yaşadək qızlardan ibarət komandasının baş məşqçisi Mehdi İbrahimov “FutbolPress“ə açıqlamasında nəticəni şərh etdi:
“Bu haqda çox şey danışmaq istəmirəm. Nəsə fikir bildirmək mənə düşməz, amma nəzərə almaq lazımdır ki, uşaqlar ilk dəfə ölkə xaricinə gedib, beynəlxalq turnirə çıxırlar. Bu, futbolçular üçün bir təcrübədir. Sadəcə həyəcanları olub və bu, normaldır. Çempionatımızda belə səviyyədə oyunlar keçmir, ona görə nəticə belə olur. Uşaqların həyəcanları, ilk oyunları və s. kimi halları nəzərə almaq lazımdır. Onu bildirim ki, U-15-dəki qızlar perspektivlidir və gələcəkdə yaxşı olacaqlar. Bu məğlubiyyət isə başadüşülən olmalıdır”.
Şahin Cəfərov