RU

Almaniya Ukraynaya yeni hərbi yardım paketi ayırıb

Almaniya Ukraynaya 22 ədəd "Leopard 1 A5” tankı, 22 ədəd zirehli maşın və 12 ədəd "Pzh 2000” özüyeriyən artilleriya qurğusundan ibarət növbəti hərbi yardım paketi ayırıb.Bu barədə Almaniya Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bu paketə həmçinin 61 min ədəd 155 mm-lik artilleriya mərmisi, 3 ədəd "GEPARD” özüyeriyən zenit qurğusu, atıcı silahlar üçün 1 milyon ədəd patron,5 ədəd "Bandvagn 206” tırtıllı maşını,1 ədəd "Warthhog” tırtıllı avtomobili və 10 ədəd MG3 pulemyotu daxildir.

Almaniya hökuməti həmçinin 30 ədəd "Vektor” kəşfiyyat PUA-sı və onların ehtiyat hissələrini, 20 ədəd "RQ-35 Heidrun” kəşfiyyat dronu, 12 ədəd "Songbird” PUA-sı, 6 ədəd "Hornet XR” PUA-sı və 20 ədəd ekipajsız suüstü aparat,2 "TRML-4D” radiolokasiya stansiyası, 16 yerüstü müşahidə radiolokatoru, 2 ədəd AMPS helikopteri üçün mühafizə sistemi və sursatların zərərsizləşdirilməsi üçün avadanlıq tədarük edəcək.



www.anews.az
Избранный
59
10
anews.az

10Источники