RU

Kişi paltar yumağa görə bacısının burnunu sındırdı

Kişi paltar yumağa görə bacısının burnunu sındırdı

Sumqayıt Şəhər Məhkəməsində qəsdən sağlamlığa az ağır zərərvurmada təqsirləndirilən Uğur Babaşovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ramiz Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

İttihama görə, hadisə Sumqayıt şəhəri ərazisində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, Uğur Babaşov boşanmış, onlarla evdə birgə yaşayan bacısı, zərərçəkmiş Məlahət Babaşova (şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə qadının öz çirkli paltarlarını qardaşının paltarları ilə birgə yuması olub. Uğur da buna etiraz edib. Nəticədə təqsirləndirilən şəxs qadının sifətinə bir dəfə yumruqla vuraraq ona burun sümüyünün natamam sınığı ilə müşayiət olunan yüngül zərərvurmaya aid bədən xəsarəti yetirib.

Hadisədən sonra Məlahət Babaşova polisə müraciət edib və qardaşı Uğur cinayət məsuliyyətinə cəlb edilib.

Избранный
43
17
olke.az

10Источники