RU

İranlı hakerlər Trampdan oğurladıqları məlumatları Baydenə niyə ötürüblər?

"Bu, feyk məlumat ola bilər. Yaxud da Tramp ağıllı hərəkət edərək, lazımsız məlumatları sızdırır ki, demokratlar aldanaraq seçki ərəfəsi həmin lazımsız istiqamətdə hərəkət etsin”. 

Qaynarinfo-ya açıqlamasında bunu politoloq Cümşüd Nuriyev iranlı hakerlərin Trampdan oğurladıqları məlumatları Baydenə ötürdükləri barədə yayılan məlumatı şərh edərkən deyib: 

"FTB daha çox qara piar məlumatlarını ötürməklə məşğuldur. Ona görə də sözügedən məlumatı onun dili ilə yayıblar. Amerika ilə İranın həddən artıq yaxın münasibətləri var. Bu birmənalıdır. İranın 1955-ci ildə kəşfiyyat sistemini də Amerika qurub. SEPAH-ın güclü olmasının əsas səbəbi indiki rejimdə də həmin sistemin davam etməsilə bağlıdır”. 
 


Həmsöhbətimizə görə, İran hakerlərinin Trampın kampaniyasından hansısa materialları ələ keçirib ötürməsi ağlabatan deyil: 

"Çünki İranın güclü haker sistemi yoxdur. İsrail bunu etsəydi, inanmaq olardı. Bəlkə də həmin addımı elə İsrail hakerləri edib, ancaq İranın adını hallandırırlar. ABŞ-da Trampın seçilməsini istəmirlər. Çünki onun seçilməsi Amerikanın siyasi və iqtisadi maraqlarına uyğun deyil. Tramp yenidən prezident olsa, müharibə dayanacaq, silah satışı da azalacaq ki, bu da müharibə partiyası olan demokratların marağında deyil. Amerika mətbuatının yazdığına görə, onların gəlirlərinin 75 faizi silah satışı və narkotikdən gəlir. Trampa ikinci sui-qəsd cəhdindən sonra demokratların naharatlıq keçirdiyi üzə çıxır. Harrisin uduzmaq şansı yüksəkdir”.
Qeyd edək ki, iranlı hakerlər Trampdan oğurladıqları məlumatları Baydenə ötürüblər. 

Bu barədə FTB-nin saytındakı bəyanatda deyilir. İyunun sonu və iyulun əvvəlində iranlı kibercinayətkarlar Bayden kampaniyası ilə əlaqəli olan şəxslərə elektron məktublar göndəriblər. Bu məktublarda Trampın kampaniyasından oğurlanmış ictimai olmayan materiallardan çıxarışlar yer alıb. 

ABŞ kəşfiyyat orqanlarının məlumatına görə, məxfi materialların qəbulu və yayılması İranın ABŞ-dakı seçki prosesinə etimadı sarsıtmaq üzrə hərəkətlərinə nümunə olub. Bəyanatda deyilir ki, seçkilərə təsir etmək cəhdləri noyabr ayı yaxınlaşdıqca güclənir.

Xatırladaq ki, hələ avqust ayında Politico nəşri  Trampın seçki qərargahına haker hücumu haqqında yazıb. Nəşrin məlumatına görə, iranlı hakerlər "müxtəlif sənədləri əldə ediblər: hüquqi və məhkəmə sənədlərindən tutmuş kampaniyanın daxili müzakirələrinə qədər”.

İndi də bəlli olur ki, iranlı hakerlər Trampdan oğurladıqları məlumatları Baydenə ötürüblər. 

Rüfət Sultan
Избранный
5
qaynarinfo.az

1Источники