Türkiyə millisinin və “Yuventus”un yarımmüdafiəçisi Kenan Yıldız rekorda imza atıb.
Sportinfo.az xəbər verir ki, gənc ulduz buna Çempionlar Liqasında ilk liqa mərhələsi çərçivəsində PSV üzərində 3:1 hesablı qələbə qazandıqları matçda nail olub.
Belə ki, Yıldız Çempionlar Liqasında “qoca sinyora”nın tarixində ən gənc qol vuran futbolçu kimi yadda qalıb. O, 21-ci dəqiqədə komandasının ilk qolunu vurmaqla 19 yaş 136 günündə fərqlənib.
Türkiyəli futbolçu 1995-ci ildə 20 yaş 308 gündə qol vuran Alessandro Del Pieronun nailiyyətini geridə qoyub.