RU

İsrail Livanla açıq müharibəyə başlayır - SAVAŞ PLANI TƏSDİQLƏNDİ

Livana kiber hücumlar təşkil edəərk 4 minıə yaxın şəxsin yaralanması, 30-dan çox şəxsin isə ölməsinə səbəb olan İsrail geniş müharibəyə başlayır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail Baş Qərargah rəisi Herzi Halevi bəyanat verib.

General bildirib ki, xüsusi hazırlanmış xüsusi təyinatlılardan ibarət 98-ci diviziyanın bölmələri də artıq Livanla sərhədə gətirilib: "Müharibə planı artıq tərəfimizdən təsdiqlənib".

İsrail mətbuatıl yazır ki, son iki gündə Livanla sərhədə 20 minə yaxın komando gətirilib: "Bu, quru əməliyyatına sayılı saat və ya günlər qaldığını göstərir".

Firudin Səfərli

MİA.AZ

Избранный
10
1
mia.az

2Источники