RU

Ermənistan sürətlə silahlanır – “Əgər belə davam etsə…”

“İrəvanın silahlandırılması davam etsə, yeni təxribatlar ola bilər”.

Bunu Metbuat.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib. Onun sözlərinə görə, Ermənistanın silahlandırılmasında məqsəd regionda yeni müharibə ocağının formalaşdırılmasıdır:

“Ermənistan İkinci Qarabağ savaşını uduzub, ordusunda silah-sursat və hərbi texnikanın təxminən 70%-i məhv edilib. 11 mindən yuxarı fərarisi var idi, 7 minə qədər hərbiçi itiriblər. Belə bir vəziyyətdə Ermənistanın yenidən dirçəlməsi üçün uzun illər lazımdır. Amma görünən ondan ibarətdir ki, Qərb, Rusiya, İran, Hindistan, Fransa Ermənistanı belə sürətli şəkildə silahlandırmaqla onu yeni müharibəyə təhrik edirlər.

Ermənistana verilən silahlar əbəttə ki, Azərbaycana qarşı istifadə edilməsi üçün verilir. Əgər silahlanma bu cür davam edərsə, yeni müharibənin baş verməsi qaçılmaz ola bilər. Ermənistan görsə ki, yetərincə silahlanıb, yenidən təxribata əl ata bilər”.

Избранный
2
3
medianews.az

4Источники