RU

Şəbnəm toydakı davadan danışdı: “Ayıb olsun o şəxsə!” – VİDEO

Müğənni Şəbnəm Tovuzlu məclislərin birində qonaqların biri ilə mübahisəsindən söz açıb.

Medianews.az olay-a istinadla xəbər verir ki, o, “Qonaqcanlı” verilişində sözügedən hadisənin 1 il əvvəl Moskvada yaşandığını bildirib.

Şəbnəm başına gələn olayı proqramda belə nəql edib:

“Məclisdə xanımla məndən bir-iki mahnını fonoqramla oxumağımı istədilər. İfa edəndə ev yiyəsinin əmisi oğlu mənimlə əl-qolla danışdı. O, içkili idi. Bunu ev yiyəsi Vüsal bəy görmədi. Pis oldum ki, sən hansı haqla mənimlə əl-qolla danışırsan. Olmaz! Bir kişi xeylaqına qadınla etikadan kənar davranış göstərmək yaraşmaz. Oldu, keçdi…

Məclisdə çox əsəbiləşdim. Hətta o fonoqramımı belə kəsdi. Çıxdım çölə və ev yiyələri Vüsal bəy və xanımı arxamca gəldilər. Onlar mənə söylədilər ki, biz səni məclisimizdə çıxış edəcəyini arzu etmişik. Yenidən keçdim məclisə və çıxışımı davam etdim. Ev yiyəsi məndən çox razı qaldı”.

Müğənni bu hadisənin görüntülərini yayan şəxsə də efir vasitəsi ilə sərt mesaj ünvanlayıb:

“Ayıb olsun o şəxsə ki, bu videonu bir ildən sonra sosial şəbəkələrdə yayıb. Bu ailənin üzvləri çox gözəl insanlardır. Demək ki, o ailəni sevməyən insandır ki, belə videonu yayıb. Bəlkə də hədəf mən yox elə məhz o ailədir”.

Verilişin davamında sözügedən məclisin ev yiyəsi Vüsal bəy canlı efirə qoşularaq baş verən hadisəyə görə Şəbnəmdən üzr istəyib və ailəlikcə onun sənətinin vurğunu olduğunu bildirib.

Избранный
21
6
medianews.az

8Источники