Hindistan silah istehsalçıları artilleriya mərmilərini Avropa ölkələrinə satır, onlar da həmin döyüş sursatlarını Ukraynaya ötürürlər. Yeni Dehli Moskvanın etirazlarına baxmayaraq, ticarəti dayandırmaq üçün müdaxilə etməyib.
Hafta.az “TSN”-ə istinadla xəbər verir ki, bu barədə etibarlı mənbələrə və gömrük məlumatlarına əsasən "Reuters" agentliyi məlumat yayıb.
Qeyd olunur ki, Ukraynanın müdafiəsini dəstəkləmək üçün Rusiyadan sursat ötürülməsi artıq bir ildən çoxdur ki, həyata keçirilir. Üç Hindistan rəsmisi bildirib ki, Kreml ən azı iki dəfə, o cümlədən Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun hindistanlı həmkarı arasında iyulda keçirilən görüş zamanı məsələni gündəmə gətirib.
Nəşr yazır ki, Hindistan hökumətindəki və müdafiə sənayesindəki iki mənbə Yeni Dehlinin Ukraynanın istifadə etdiyi çox az miqdarda sursat istehsal etdiyini bildirib. Bir məmur bildirib ki, bu, Kiyevin müharibədən bəri idxal etdiyi ümumi silahların 1%-dən azını təşkil edib.