NATO-nun baş katibi Yens Stoltenberq səlahiyyət müddətinin başa çatması münasibətilə etdiyi vida nitqində Avropaya xəbərdarlıq edərək deyib: “Avropa qitəsinin təhlükəsizliyini cənubda Türkiyə, şimalda Norveç, qərbdə ABŞ, Kanada, İngiltərə və digərləri olmadan təsəvvür etmək mümkün deyil".
Redaktor.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberqin səlahiyyət müddətinin başa çatması münasibətilə Belçikada vida proqramı keçirilib.
Alman Marşal Fondunun (GMF) təşkil etdiyi proqramda çıxış edən Stoltenberq, NATO-nun səlahiyyət müddəti ərzində hər zamankindən daha güclü və əhəmiyyətli olduğunu bildirib.
Stoltenberq deyib: "Mən 2014-cü ildə baş katib vəzifəsinə gəldiyim gündən bəri dünya dərin dəyişikliklər yaşadı. Rusiyanın Krımı qanunsuz ilhaqı, İŞİD-in güclənməsi, Rusiyanın Ukraynada genişmiqyaslı işğalı, Çinin artan rəqabət qabiliyyəti, Covid-19, mürəkkəb kiberhücumlar, iqlim dəyişikliyinin təhlükəsizliyimizə artan təsiri. Siyahı davam edir. Mənim baş katib olduğum müddətdə NATO-nun aktuallığı şübhə altına alındı, bölünmüş, köhnəlmi və beyin ölümü keçirmiş olduğu iddia edildi. Ancaq gerçək budur ki, NATO indi hər Zamankindan daha güclü, vahid və hər zamankindən daha vacibdir”.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта