Qızıl bahalaşıb, bölgələrdəki qızıl bazarında alıcı qıtlığı yaşanır...
Xezerxeber.az-ın xəbərinə görə, satıcılar deyirlər ki, Gəncədə qızıl bazarında qiymət artımı xüsusən son 1 ayda özünü daha çox göstərir.
Şəkidə də bənzər vəziyyətdir...
Satıcılar deyirlər ki, əvvəl ikinci əl qızılın alış qiyməti 55-60 manat idisə, son günlər 78 manata qalxıb. Hazırda 585 əyarlı qızılın 1 qramının topdansatış qiyməti 100-102 manat, pərakəndə qiyməti isə 110-120 manatdır.
Satıcılar toy mövsümünün başlanmasının da qiymət artımına təsir etdiyini bildirdilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.