RU

Rusiya millisi FİFA reytinqində geriləyib

Rusiya millisi Beynəlxalq Futbol Federasiyasının (FİFA) yenilənmiş versiyası təşkilatın saytında dərc olunan reytinq cədvəlində 33-cü yerdən 34-cü yerə düşüb.

SİA bu barədə rus saytlarına istinad edir.

Sentyabrda Rusiya komandası Hanoyda yoldaşlıq turnirində iştirak edib. İlk görüşdə ruslar Vyetnam komandası üzərində darmadağın (3:0) qazansa da, Tailand komandası ilə ikinci oyun Yaqi super tayfunu səbəbindən ləğv edilib. Rusiya komandasının aktivində hazırda 1508 xal var.

Nazlı Almuradova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
15
sia.az

1Источники