RU

BMW-nin nömrəsinin üstünü örtdü, cərimə olundu

Bakıda "BMW 530E Plagin” hibrid avtomobilinin sürücüsü cərimələnib.

Qaynarinfo-nun məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsi tərəfindən sözügedən avtomobilin sahibinə İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə protokol tərtib edilib. 

Protokolun tərtib edilməsinə səbəb nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ön dövlət nömrə nişanının örtüklə bağlaması olub. 

Məhkəmənin qərarı ilə sürücü 500 manat məbləğində cərimə edilib. Nəqliyyat vasitəsinin üzərindən götürülmüş örtük Dövlət Yol Polisi İdarəsinin maddi saxlanc otağına təhvil verilib. 

Aydın

Избранный
5
32
qaynarinfo.az

10Источники