RU

“Fon der Lyayen Aİ-də qeyri-məhdud nəzarətə sahib olacaq” – “Politico”


“Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen yeni AK tərkibi formalaşdıqdan sonra Aİ siyasətinə qeyri-məhdud nəzarətə malik olacaq”.
Yeniavaz.com
xəbər verir ki, bu açıqlama ilə Avropanın “Politico” nəşri Aİ rəsmiləri arasında anonim mənbələrə istinadən məlumat yayıb.
“O, hər şeyə daha çox nəzarət edəcək. Bunun mümkün olduğunu kim düşünərdi?" – qəzet mənbədən sitat gətirir.
Nəşrin mənbələrinə görə, AK-nin yeni tərkibinin elanından sonra onun rəhbərinin Avropa siyasəti üzərində qeyri-məhdud nəzarət alacağı dərhal aydın olub. Beləliklə, Avropa komissarları arasında fon der Lyayenin fəaliyyətini tənqid edəcək heç bir siyasətçi qalmayıb və nüfuzlu siyasətçilər, o cümlədən fransız Tierry Breton və hollandiyalı Frans Timmermans AK-ni tərk etdilər.
“Politico”nun yazısına görə, fon der Lyayen artıq Avropa Komissiyasının rəhbəri kimi ilk müddətində birtərəfli qaydada qərarlar qəbul etməklə, rəsmi vəzifələri çərçivəsindən kənara çıxmaqla və yalnız bir neçə məsləhətçinin fikirlərini nəzərə almaqla şöhrət qazanıb.
“Onun ikinci müddət ərzində idarəetmə tərzini dəyişəcəyini və ciddi nəzarətə olan həvəsindən əl çəkəcəyini düşünmək, ən azından sadəlövhlük olardı”, - nəşrin mənbəsi bildirib.
 
Избранный
15
yeniavaz.com

1Источники