Xalq artisti Faiq Ağayev ilk səhnə geyimlərini anası Səfiyyə xanımın tikdiyini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi bu barədə “Xəzər axşamı” verilişində danışıb. O, anasının geyim üzrə texnoloq olduğunu bildirib:
"İlk səhnə geyimlərimi anam tikib. Anamın peşəsi geyim üzrə texnoloqdur. 1988-1992-ci ilə kimi səhnə geyimlərimi anam tikib. Anam bu işin peşəkarı və bilicisidir. İlk geyimlərimi o hazırlayırdı. Sonradan mənim zülmümə dözə bilmədi. Dedi ki, "Get kimə tikdirirsən tikdir".
Tarix: 19 Sentyabr 2024, 21:48