RU

Azərbaycanın dövlət qurumlarında kiberhücumların simulyasiyasına BAŞLANILIR VİDEO

"Ölkəyə gətirilən xüsusi rabitə vasitələri Dövlət Təhlükəsizliyi Xidməti və Xüsusi Rabitə və İnformasiya təhlükəsizliyi dövlət xidməti tərəfindən yoxlanılır".

Bunu jurnalistlərə açıqlamasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.

Tural Məmmədov deyib ki, COP29 iqlim konfransının informasiya təhlükəsizliyi məsələsində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti aktiv iştirak edir. Artıq COP29-la bağlı fəaliyyət göstərən 15-dən çox saxta səhifə müəyyən edilərək bloklanıb.

İdarə rəisi həmçinin hakerlərin daha çox fərdi, maliyyə məlumatlarını və dövlət sirlərini hədəfə aldığını qeyd edib. O, ən çox kiberhücumlara məruz qalan dövlət qurumlarının da adlarını açıqlayıb.

Qeyd edək ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən aparılan yoxlamalar və monitorinqlər nəticəsində dövlət qurumlarının informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanarsa, aradan qaldırılması üçün müvafiq bildirişlə dövlət qurumlarına məlumat göndərilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
16
xezerxeber.az

1Источники