"Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən "Olimpiakos" futbolçusu ilə müqavilə müddətini uzadıb.
Rekord.az Yunanıstan klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, sağ cinah müdafiəçisi Rodiney daha 3 il Pirey təmsilçisinin şərəfini qoruyacaq.
Braziliyalı futbolçu 2022-ci ildən bu klubun şərəfini qoruyur.
"Qarabağ" "Olimpiakos"la 2025-ci il yanvar 30-da səfərdə qarşılaşacaq.