RU

“Paşinyanın KTMT ilə bağlı sözləri sağlam düşüncəyə ziddir” – Zaxarova


“Ermənistanın Baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) respublikanın suverenliyinə təhlükə olması ilə bağlı bəyanatları sağlam düşüncəyə ziddir”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova IV Avrasiya Qadınlar Forumu çərçivəsində jurnalistlərə bildirib.
“Mənə elə gəlir ki, bu bəyanatlar sağlam düşüncəyə və reallığa ziddir. Çünki sizi, xüsusən də milli təhlükəsizliyinizi nə isə “təhdid edirsə”, o zaman Ermənistanın hələ də KTMT-də qaldığını deməyin nə mənası var?”, - Zaxarova deyib.
“Ona görə də dövlət adamlarına səlahiyyət verilir, xalq hakimiyyəti onlara verir ki, özlərini məsuliyyətlə aparsınlar, xalqın iradəsindən, ölkənin mənafeyindən çıxış edərək bəyanatlar versinlər. Biz bütün bunları formalaşdırmalı və iştirakçı ölkələrə münasibətdə özünü son dərəcə məsuliyyətli və ləyaqətli göstərmiş quruma münasibətimizi söyləməliyik”, - XİN nümayəndəsi bildirib.
Qeyd edək ki, bundan əvvəl Paşinyan Ermənistanın KTMT-nin işində iştirakının dondurulmasını təşkilatın guya respublikanın suverenliyinə təhdid yaratması ilə izah edib. Onun sözlərinə görə, KTMT respublikanın təhlükəsizliyinə və onun gələcək mövcudluğuna təhdidlər yaradır.
Избранный
30
1
yeniavaz.com

2Источники