İsrail ordusu üçün Livanın şiə "Hizbullah" hərəkatına qarşı müharibənin yeni mərhələsi başlayıb.
Publika.az "Ynet"ə istinadla xəbər portalı xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant bildirib.
“Biz müharibənin yeni mərhələsinə qədəm qoyduq, Hizbullah onun təqib edildiyini hiss edir, biz buna qarşı fəaliyyət göstərməyə davam edəcəyik”, - nazir bildirib.
Sentyabrın 19-da İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri "Hizbullah"ın rəhbəri Həsən Nəsrullahın çıxışı zamanı Beyruta basqını simulyasiya edib.
İsrail döyüş təyyarələrinin Beyrut üzərində aşağı hündürlükdə uçması Livan sakinləri arasında panikaya səbəb olub. Beyrut üzərində ikinci yaxınlaşma zamanı qırıcılar səs baryerini qırıblar və bu, qulaqbatırıcı partlayış effekti yaradıb.
Əvvəlki iki gündə Livanda minlərlə "Hizbullah" üzvünün peycerləri və radiostansiyaları partlasılıb. Ən az dörd min adam yaralanıb .