Trend-in məlumatına görə,məsələ ilə bağlı E-manat şirkətindən bildirilib ki, şirkət müştəriyə 1% komissiya tətbiq etmir.
"Bu komissiyalar banklar tərəfindən tətbiq edilir. Komissiya standart olaraq 1% deyil, fərqli ola bilər. Bu məlumatlar terminalın interfeysində (terminalın birinci səhifəsində) yer alıb. Orada da bank komissiyasının məbləği göstərilir. E-manat müştərinin kredit ödənişinə birbaşa olaraq hər hansı komissiya tətbiq etmir", - şirkətdən bildirilib.
www.anews.az