RU

"Benfika" səfərdə "Srvena Zvezda"nı məğlub edib

Çempionlar Liqasının ümumi mərhələsinin ilk tur matçında Serbiyanın “Srvena Zvezda” və Portuqaliyanın “Benfika” klubları üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, görüşdə qonaqlar çətin qələbə qazanıb.

Portuqaliya təmsilçisinin qələbə qollarına türk futbolçular Kerem Aktürkoğlu və Orkun Kökçü imza atıb. Serblərin heyətində Milson təsəlli qolu vurub.

Beləliklə, "Benfika" ən nüfuzlu klub turnirinin yeni mövsümünə uğurla başlayıb və ilk üç xalı qazanıb, "Srvena Zvezda" isə xalsız qalıb.

“Srvena Zvezda” - “Benfika” - 1:2 (0:2)

Qollar: Aktürkoğlu, 9 - 0:1; Kökçü, 29 - 0:2; Milson, 86 - 1:2.

Səkkiz turun nəticələrinə əsasən, 36 klubdan ibarət cədvəl formalaşdırılacaq. Bu, dərhal 1/8 finala çıxacaq ən yaxşı 8 komandanı müəyyənləşdirəcək, 9-dan 24-cü yerə qədər olan klublar isə 1/8 finala vəsiqə qazanmaq üçün pley-off oynayacaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
13
90deqiqe.az

1Источники