"Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqiblərindən "Elfsborq" (İsveç) ölkə çempionatında növbəti oyununa çıxıb.
Azreform.info "Report"-a istinadən xəbər verir ki, XXIII turda "Norrçyopinq" klubu ilə qarşılaşan Buros təmsilçisi rəqibi ilə heç-heçə edib - 2:2.
İsveç çempionatında "Elfsborq" 37 xalla dördüncü sırada qərarlaşıb.
Qeyd edək ki, "Qarabağ" "Elfsborq" ilə dekabrın 12-də səfərdə qarşılaşacaq.