RU

4 yaşlı uşağı əqrəb sancdı

Salyan rayonunda 4 yaşlı uşağı əqrəb sancıb.

Ölkə.az xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.

Kənd sakini, 2019-cu il təvəllüdlü Qəribli Mələk Taleh qızı əqrəb sancması ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Doğmalarının dediyinə görə, uşaq həyətdə oynayarkən əqrəb onun barmağından sancıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
16
olke.az

10Источники