Salyan rayonunda 4 yaşlı uşağı əqrəb sancıb.
“Far.Az”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 2019-cu il təvəllüdlü Qəribli M.T. qızı əqrəb sancması diaqnozu ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Doğmalarının dediyinə görə, uşaq həyətdə oynayarkən əqrəb barmağından sancıb.
Faktla bağlı araşdırma aparılır.