Rusiyanın Kemerovo vilayətinin Taştaqol rayonunda zəlzələ baş verib. Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Altay-Sayan filialının saytında məlumat verilib. Bildirilir ki, yeraltı təkanların maqnitudası 4,6, episentrdə intensivlyi isə 5,8 olub.