...NATO-nun baş katibi Yens Stoltenberq Vladimir Putinin Qərb silahları ilə Rusiyanın dərinliklərinə endirilən zərbələrin “qırmızı xətt”ə çevrilə biləcəyinə, bundan sonra alyansın Rusiya Federasiyası ilə müharibə vəziyyətinə düşəcəyinə dair bəyanatlarına şübhə ilə yanaşıb.
SİA-nın əldə etdiyi məlumata görə, Stoltenberq bunu Rusiya liderinin bir çox digər təhdidləri kimi saxta adlandırıb.
…O xatırladıb ki, Putin əvvəllər “qırmızı xətlər” haqqında bir neçə dəfə danışıb, lakin onları keçdikdən sonra Moskvadan heç bir reaksiya olmayıb.
…O, bunu etməyə cəsarət etmədi, çünki başa düşür: NATO dünyanın ən güclü hərbi ittifaqıdır. Bundan əlavə, Rusiya anlayır ki, nüvə müharibəsində qalib gəlmək olmaz və bu müharibədə iştirak qəbuledilməzdir. Biz bunu dəfələrlə Putinə çatdırmışıq.
Stoltenberq bunu “The Times” qəzetinə müsahibəsində deyib və qeyd edib ki, Putin hazırda Rusiya, Çin, İran və Şimali Koreya kimi avtoritar dövlətləri Ukrayna müharibəsi ətrafında birləşdirməyə çalışır, lakin Moskva getdikcə Pekindən asılı vəziyyətə düşür.
Sözügedən ölkələrin alyansında aparıcı rolu Kremlin əsas dəstəkçisi olan Çin oynayır,
Bunu deyən Stoltenberq xatırladıb ki, məhz Çin Rusiya hərbi iqtisadiyyatını, o cümlədən Ukraynada istifadə olunan raket və bombaların istehsalı üçün istifadə olunan mikroelektronika və mikroprosessorları tədarük etməklə fəal şəkildə dəstək verir.
Stoltenberq əlavə edib ki, Rusiya Çinin köməyi müqabilində onunla texnologiya paylaşır, lakin dəqiq olaraq hansı texnologiyalardan danışdığını açıqlamayıb.
Yeri gəlmişkən, Baş katib həmçinin Qərb silahları ilə Rusiyanın dərinliklərinə endirilən zərbələrin təsdiqlənməsini müdafiə edən Böyük Britaniya və Fransanın mövqeyini dəstəkləyib.
Əli Babayev