RU

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib.


Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.
 

Telekanalın məlumatına görə, 1941-ci ilə aid fotoşəkil ötən ilin avqustunda Kanadanın Ottava şəhərindəki Fairmont Château Laurier otelinin foyesindən oğurlanıb. Şəkil daha sonra İtaliyada aşkar edilib və fotoşəkilin sentyabrın sonunda Romada rəsmi olaraq Kanada hökumətinə təhvil verilməsi qərara alınıb.
 

Nəticədə sentyabrın 19-da Kanadanın İtaliyadakı səfirliyində general-leytenant, Carabinieri Mədəni İrsin Mühafizəsi İdarəsinin komandanı Françesko Qarqaro ilə Kanadanın İtaliyadakı səfiri Elissa Qolberq arasında görüş keçirilib. Görüş zamanı diplomata Çörçillin fotoşəkili verilib.
 

Qaşqabaqlı Uinston Çörçillin məşhur portreti erməni əsilli kanadalı fotoqraf Yusuf Karş tərəfindən Ottavadakı Fairmont Chateau Laurier otelinə hədiyyə edilib. Bu fotoşəkili Karş liderin 1941-ci ildə Kanada parlamentindəki çıxışından sonra çəkib. Şəkil İkinci Dünya Müharibəsində Britaniyanın itaətkarlığının simvolu olub.

İnci

Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
19
sfera.az

1Источники