RU

Numan Kurtulmuş polşalı həmkarı ilə görüşüb

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş İsrail işğalının dayandırılmaması halında dünyanın regional və qlobal böyük qarşıdurmaların içərisinə sürüklənəcəyi barədə xəbərdarlıq edib.
SİA-nın əldə etdiyi məlumata görə, Türkiyə Böyük Millət Məclisinin sədri Polşa Məclisinin sədri Şimon Holovnia ilə bir araya gəlib. Regional mövzuları qiymətləndirən Numan Kurtulmuş Qəzzada davam edən və Livanada yayılma potensialı olan İsrailin aqressiyasına diqqət çəkib.
Numan Kurtulmuş deyib: "Qəzza başda olmaqla Fələstin torpaqlarında oktyabrın 7-dən etibarən törədilən hücumlarında təxminən 42 min insan qətlə yetirilib. Daşqınlar altında qalan və itkin düşən çox sayda insanın olduğu təxmin edilir. Bütün dünyanın gözü qarşısında və heç bir beynəlxalq hüquq qaydasına riayət etməyən Netanyahu administrasiyası təcavüzkarlığını davam etdirir. Təəssüf ki, başda Amerika Birləşmiş Ştatları olmaqla bəzi ölkələrin qeyd-şərtsiz dəstəyini aldıqları üçün hər cür addımlar atmaqdan çəkinmirlər. Son olaraq Livanda ardıcıl şəkildə
həyata keçirilən kibercinayətlər bu təcavüzkarlığın çatdığı dəhşətli səviyyəni göstərir. Əgər İsrailin hücumlarının qarşısı alınmasa qorxuram ki, dünya regional və qlobal qarşıdurmaların içinə sürüklənəcək".
Polşa Məclisinin sədri Şimon Holovnia isə Yaxın Şərqdəki vəziyyətin bir fəlakət olduğunu vurğulayaraq bir an əvvəl sülhün təmin edilməsini arzuladıqlarını bildirib.

Избранный
56
26
sesqazeti.az

10Источники