RU

"Hizbullah" hədəflərinə 100-dən çox zərbə endirildi

İsrail Hərbi Hava Qüvvələri iki saat ərzində Livandakı Hizbullah hədəflərinə 100-dən çox zərbə endirib.

Publika.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“İsrail Müdafiə Qüvvələri “Hizbullah” terror təşkilatının terror imkanlarına və hərbi infrastrukturuna ziyan vurmağa və zəiflətməyə davam edir”, - İDF-dən bildirilib.

Bundan əvvəl İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları radikal "Hizbullah" təşkilatının baş katibi Həsən Nəsrullahın çıxışı zamanı Beyruta basqını simulyasiya ediblər .

Избранный
61
1
publika.az

1Источники