RU

Eldar Əzizov: BRICS-də iştirakla bağlı müraciət Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir

Moskva, 20 sentyabr, AZƏRTAC

“Azərbaycan BRICS-də iştirak etmək üçün rəsmi müraciət edib. Bu, bizim üçün çox əlamətdardır”.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Moskvada təşkil olunan “Bulud şəhərləri. BRICS şəhərlərinin gələcəyi haqqında Forum” çərçivəsində “Gələcəyin xəritəsi. Texnoloji inkişafın lider şəhərlərinin həlləri və strategiyaları” plenar sessiya zamanı bildirib.

Əzizov çıxışında tədbirin təşkilinə və dəvətə görə Moskva administrasiyasına təşəkkür edib.

O qeyd edib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Bakıda keçiriləcəyinə görə demək olar ki, bütün sənaye şəhərdən kənara köçürülüb.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində Azərbaycanın bütün bölgələri kimi Bakı da yeni yüksək və keyfiyyət səviyyəsinə ümid edir. İlin əvvəlindən ölkəyə turist axını 40 faiz artıb və COP29-un məhz Bakıda keçirilməsi təsadüfi deyil.

İcra Hakimiyyətinin başçısı vurğulayıb ki, Bakı sürətlə inkişaf edir və onun inkişafı üçün bir çox plan var. Plenar iclasdan əvvəl Bakı şəhəri icra hakimiyyətinin başçısı Moskvanın meri Sergey Sobyanin ilə görüşüb.

BRICS-ın “Bulud şəhərləri” Forumu sentyabrın Moskvanın Zaryadye parkında keçirilib. Tədbirdə 30-dan çox BRICS, Yaxın Şərq, Asiya, Latın Amerikası, Afrika və MDB ölkəsi iştirak edib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
34
azertag.az

1Источники